“Sonalar Sonası” restoranı cərimələnəcək

10:29 - 20.07.2022


20 iyul, Fineko/abc.az. Bakının Binəqədi rayonunda yerləşən “Sonalar Sonası” restoranı məhkəməyə verilib.

ABC.AZ-ın məlumatına görə, restoran rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tələblərini pozub. İttihama görə, restoran tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olub.

Bu maddəyə görə vəzifəli şəxslər 2 500 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 500 manatdan 12 500 manatadək məbləğdə cərimə edilir.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.

Вся лента