Rusiya 39 Avstraliya vətəndaşına sanskiya tətbiq etdi

22.07.2022,10:18


22 iyul, Fineko/abc.az. Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri də daxil olmaqla 39 Avstraliya vətəndaşına qarşı sanksiya tətbiq edib.

ABC.AZ xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən yazılı açıqlamada Avstraliyanın daha əvvəl “Maqnitski qanunu” çərçivəsində Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi xatırladılıb.

“Qarşılıqlılığa əsasən, Avstraliyanın hüquq-mühafizə, sərhəd xidməti və müdafiə sektorunun nümayəndələrindən 39 nəfərin ölkəyə girişi qadağan edilib”, - qeyd olunub.