İnsanlara çatacaq vəsait icra başçıları tərəfindən mənimsənilib - Prezident

15:36 - 25.07.2022


25 iyul, Fineko/abc.az. "Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir”.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yeni icra başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən səsləndirib.

Dövlət başçısı fikrini belə izah edib: “Çünki ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, biz işsizliklə bağlı mübarizədə də ciddi addımlar atırıq, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır. Hər rayon üzrə kvota var. Əfsuslar olsun ki, bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanlar işlərə cəlb olunmamış, əksinə, onlara çatacaq vəsait rayon icra başçıları və digər məsul şəxslər tərəfindən mənimsənilmişdir”.

Bütün xəbərlər