İstirahət üçün ən çox hansı rayonların otellərinə müraciət olunur?

16:07 - 26.07.2022


26 iyul, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz artaraq 1027,0 min olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, gecələmələrin 55,1 faizi Bakıda, 6,8 faizi Qəbələdə, 6,8 faizi Qubada, 5,5 faizi Qusarda, 5,5 faizi Şabranda, 3,3 faizi Lənkəranda, 3,0 faizi Naftalanda, 2,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Xaçmazda, 1,1 faizi Şamaxıda, 0,9 faizi Şuşada və 8,5 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 503,5 min olub ki, bu da ümumi gecələmələrin 49,0 faizini təşkil edir.

Bütün xəbərlər