Microsoft Rusiya bazarında fəaliyyətini kiçiltdiyi üçün 126 milyon dollar itirdi

27.07.2022,11:18


27 iyul, Fineko/abc.az. ABŞ-ın "Microsoft" korporasiyası Rusiya bazarında fəaliyyətini məhdudlaşdırdığına görə 126 milyon dollarlıq əməliyyat xərcləri ilə üzləşib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin ikinci rüb üzrə maliyyə hesabatında öz əksini tapıb.

Hesabata görə, şirkətin rüblük gəliri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 51,9 milyard dollar təşkil edib. "Microsoft"un xalis mənfəəti illik müqayisədə 2% artaraq 16,7 milyard dollar olub.

Müəllif: Elmir Murad