Bu müəllimlərin maaşı artırılacaq - Nazir anons verdi

12:07 - 27.07.2022


27 iyul, Fineko/abc.az. “Azərbaycanda müəllimlərin əmək haqqı sistemi yenilənəcək”.

ABC.AZ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sertifikasiya imtahanından keçən müəllimlərin maaşı artırılacaq: “137 000 təhsilverənin sertifikasiyası və 68 000 nəfərin differensial əmək haqqı sisteminə cəlb olunması nəzərdə tutulur”. Nazir qeyd edib ki, əmək haqqının artımlarının qanunvericilikdə əks olunması sevindiricidir: "Məktəb direktorlarının təyinatı zamanı da yalnız yüksək nəticə göstərən müəllimlərin seçiminə önəm veriləcək. 3-5 ildən sonra təhsildə sertifikasiyanın müsbət təsirlərini görəcəyik. Çalışırıq ki, şagirdlərin qarşısına savadlı müəllimləri çıxaraq”.