Taxıl dəhlizinin koordinasiya mərkəzinin rəsmi açılışı olub

16:08 - 27.07.2022


27 iyul, Fineko/abc.az. Ukraynadan taxıl məhsullarının təhlükəsiz daşınması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzinin rəsmi açılışı olub.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Müdafiə naziri Hulusi Akar İstanbulda taxıl dəhlizinin ortaq koordinasiya mərkəzinin açılışında etdiyi çıxışında bu dəhlizin ərzaq böhranının aradan qaldırılmasına əhəmiyyətli töhfə verəcəyini bildirib.

Milli Müdafiə naziri H.Akar bildirib ki, mərkəzdəki işlərin məqsədi Ukrayna taxılını təhlükəsiz şəkildə çıxarmaqdır. Akar çıxışında taxıl dəhlizi müqaviləsinin 120 gün müddətində qüvvədə olduğunu və bu müddətin uzadıla biləcəyini bildirib.

Bütün xəbərlər