"Kontinent İnşaat” şirkətinin dövlətə yarım milyon manatdan çox borcu var

10:28 - 28.07.2022


28 iyul, Fineko/abc.az. Məşhur "Kontinent İnşaat” şirkətinin dövlətə yarım milyon manatdan çox vergi borcu üzə çıxıb.

ABC.AZ xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat öz əksini tapıb.

Qeyd olunub ki, "Kontinent İnşaat” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 630 min 559 manat 29 qəpik borcu var.

Hazırda şirkətin qanuni təmsilçisi Mahmudov Araz Ucal oğludur. Direktorlar Şurasının sədri isə Əli Hüseynovdur. Qeyd edək ki, şirkətə 2017-ci ildə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də rəhbərlik edib.

Bütün xəbərlər