Ən çox sığorta haqqı toplamış şirkətlər - Siyahı

10:59 - 28.07.2022


28 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanılmış 491 milyon 605 min manat sığorta haqqının 397 milyon 122 min manatı və yaxud 80,8%-i 5 sığorta şirkətinin payına düşüb.

ABC.AZ xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (206 milyon 649 min manat), "PAŞA Sığorta" (120 milyon 607 min manat), “Atəşgah Həyat Sığorta” (25 milyon 687 min manat), “Qala Sığorta” (24 milyon 906 min manat) və “Xalq Sığorta” (19 milyon 273 min manat) ASC-lərdir.

Bütün xəbərlər