Azərbaycanda mobil telefon abunəçilərinin sayı artıb - Hesabat

14:33 - 28.07.2022


28 iyul, Fineko/abc.az. Azərbaycanda mobil telefon abunəçilərinin sayı 2021-ci ilin göstəricisinə görə (2020-ci illə müqayisədə) 4,6% artaraq cari ilin yanvarın 1-nə 10 milyon 817,1 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, ötən ilin sonuna əhalinin hər 100 nəfərinə 108 mobil telefon abunəçisi düşüb ki, bu da bir il öncəki göstəricini 4 faiz bəndi üstələyir.

Qeyd edək ki, 2020-ci ildə ölkə üzrə mobil telefon abunəçilərinin sayı 10 milyon 344,3 min olub, nüfuz dərəcəsi isə 104% təşkil edib.

Bütün xəbərlər