Yaxın vaxtlarda bu kateqoriyadan olanlara evlər veriləcək

15:53 - 28.07.2022


28 iyul, Fineko/abc.az. Yaxın 2 ayda daha 500 şəhid ailəsi və müharibə qazisinə mənzil və fərdi evlər veriləcək.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov deyib.

Onun sözlərinə görə,  bu il ümumilikdə 1500 şəhid ailəsi və qazinin mənzil və fərdi evlərlə təminatı nəzərdə tutulub: "Həmin şəxslərdən artıq 600 nəfərə artıq ev və mənzillər təqdim olunub. Həmçinin bu il 160 nəfər müharibə əlilinin avtomobillə təminatı nəzərə tutulub. Artıq 100 nəfərə avtomobillər təqdim olunub. Yaxın vaxtlarda 60 nəfərə də avtomobillər veriləcək".

Bütün xəbərlər