“Metak”ın əməkdaşı xəsarət alaraq öldü

10:05 - 29.07.2022


29 iyul, Fineko/abc.az. “Metak”ın əməkdaşı iş başında xəsarət alaraq vəfat edib.

ABC.AZ xəbər verir ki, iyulun 18-də Böyükşor qəsəbəsində yerləşən “Metak” MMC-də qaynaqçı işləyən 1986-cı il təvəllüdlü Vüqar Paşayevin xəsarət alması və aldığı xəsarətlərdən iyulun 28-də xəstəxanada ölməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Vüqar Paşayev MMC-nin boru istehsalı sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq xəsarətlər alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq davam edir.

 

Bütün xəbərlər