Azərbaycanda 100 min hektar ərazidə taxıl əkinləri məhv olub - Nazir

15:32 - 29.07.2022


29 iyul, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş kəskin quraqlığa görə, təqribən, 100 min hektar ərazidə taxıl əkinləri məhv olub.

ABC.AZ xəbər verir ki, bunu Kənd təsərrüfatı naziri İnam Kərimov Real TV-yə müsahibəsində bildirib.

Nazir bildirib ki, eyni halı 2020-ci ildə də yaşamışıq və gələcəkdə quraqlığa görə bu kimi halların yaşanması gözlənilir.

Xatırladaq ki, hazırda ölkədə taxıl biçini davam edir, cari ilin məhsulu üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb, bunun 600 min hektara yaxınını buğda, 400 min hektara yaxınını isə arpa əkinləri təşkil edir.

Bütün xəbərlər