Ukraynadan taxılla yüklənmiş ilk gəmi yola düşüb

09:57 - 1.08.2022


1 avqust, Fineko/abc.az. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, taxıl daşınması müqaviləsi çərçivəsində qarğıdalı yüklü ilk gəmi bugün Odessa limanından yola düşəcək.

ABC.AZ  xəbər verir ki, Milli Müdafiə naziri Hulusi Akarın nazirlər və əlaqədar tərəflərlə keçirdiyi görüşlər və İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin intensiv işi nəticəsində, taxılla yüklənmiş ilk gəmi Odessa limanından yola düşüb.

İlk gəminin ardından digər gəmilərin də təyin olunan dəhlizlər və prosedurlar çərçivəsində təhvil verilməsi planlaşdırılır.

Bütün xəbərlər