S&P Ukraynanın kredit reytinqini açıqladı

11:35 - 1.08.2022


1 avqust, Fineko/abc.az. Beynəlxalq kredit reytinqi agentliyi Standard and Poor's (S&P) Ukraynanın kredit reytinqini növbəti dəfə aşağı salıb.

ABC.AZ xəbər verir ki, S&P bu dəfə  kredit reytinqini 3 pillə aşağı salaraq “CC” olaraq təyin edib.

Reytinq üzrə proqnoz “mənfi” olaraq qalacaq.

Reytinqin aşağı salınmasına səbəb kimi xarici borcun restrukturizasiyası ehtimalı göstərilib.

Ötən həftə Fitch də ölkənin kredit reytinqini "CCC"dən "C"yə endirib.

Bütün xəbərlər