Nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə artıb

11:56 - 1.08.2022


1 avqust, Fineko/abc.az. Cari ilin 6 ayında yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 636 milyon 507,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz çoxdur.

Bu barədə ABC.AZ Dövlət Vergi Xidmətinə istinadla xəbər verir.

Göstərilən müddət ərzində qeyri-neft sektoru üzrə dövriyyənin artımı ötən ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz, ƏDV üzrə qeyri-neft sektorunda dövriyyənin artımı 25,5 faiz, qeyri-neft sektorunda elektron qaimə -faktura üzrə dövriyyənin artımı isə 30,8 faiz təşkil edib.

Bütün xəbərlər