Səudiyyə Ərəbistanının iqtisadiyyatı rekord artım nümayiş etdirir

16:07 - 1.08.2022


1 avqust, Fineko/abc.az. İkinci rübdə Səudiyyə Ərəbistanının iqtisadiyyatı 11,8% artıb ki, bu da 2011-ci ildən bəri rekord göstəricidir.

ABC.AZ xarici mediyaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Statistika İdarəsinin məlumatında deyilir.

İlkin hesablamalara görə, 2021-ci illə müqayisədə neft sektoru 23,1 faiz, qeyri-neft sektoru isə 5,4 faiz artıb.  Bu fonda Səudiyyə Ərəbistanında işsizlik 2008-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.  Ötən ay 11%-lə müqayisədə ilin birinci rübündə 10,1%-ə çatıb.

İlin əvvəlindən Ukraynada baş verən hadisələr fonunda neft 40%-dən çox bahalaşıb.

“Səudiyyə Ərəbistanının gəlirləri 100 dollarlıq neft və artan hasilat sayəsində sürətlə artıb.  Neftdən əldə edilən ümumi daxili məhsulun bu il 19% artacağı gözlənilir”, - deyə maliyyə naziri Məhəmməd əl-Cədaan bildirib.

Bütün xəbərlər