Azərbaycan-Özbəkistan arasında üç memorandum imzalandı

10:00 - 2.08.2022


2 avqust, Fineko/abc.az. Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində üç memorandum imzalanıb.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

“İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Özbəkistan Respublikasının Prezidenti yanında Sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil arasında, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Uzbekipaksanoat” Assosiasiyası arasında, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “Uztekstilprom” Assosiasiyası arasında memorandumlar imzalanıb”, - deyə nazir qeyd edib.

Bütün xəbərlər