“İpək Yolu Sığorta”nın xalis mənfəəti azalıb

10:43 - 2.08.2022


2 avqust, Fineko/abc.az. “İpək Yolu Sığorta” ASC bu ilin I yarısını 478 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ “Renkinq”-ə  istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,6% azdır.

Yanvar-iyun aylarında “İpək Yolu Sığorta”nın gəlirləri 6,749 milyon manat (illik müqayisədə 23,3% az), xərcləri 6,152 milyon manat (24,9% az), mənfəət vergisi ödəmələri isə 120 min manat (eyni) təşkil edib.

Bu il iyulun 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 23,476 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,9% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 30,4% azalaraq 7,131 milyon manata, balans kapitalı isə 5,7% azalaraq 16,346 milyon manata düşüb.

Bütün xəbərlər