ABB-də “Yay fürsəti” daha sərfəli şərtlərlə davam edir!

02.08.2022,16:47


2 avqust, Fineko/abc.az. ABB-dən “Yay fürsəti” kampaniyası  daha sərfəli şərtlərlə davam edir. İndi hər kəs kampaniya çərçivəsində    30 000 AZN-dək məbləğ,  60 ayadək  müddət,14%-dən  başlayan  illik faiz dərəcəsi ilə əlavə  komissiya haqqı olmadan  nağd pul krediti əldə edə bilər. Bunun üçün sadəcə  şəxsiyyət vəsiqəsi ilə

Bankın istənilən filialına yaxınlaşmaq kifayətdir. Kampaniya 27 sentyabr tarixinədək davam edəcək.

Filiallarda növbə  gözləmək istəməyən müştərilər  isə  Bankın rəsmi internet səhifəsinə daxil olaraq [email protected] xidmətindən yararlana bilərlər. Nağd pul kreditini əldə etmək üçün həmçinin onlayn qaydada müraciət edib eyni şərtlərlə  20  000 AZN-dək krediti rəsmləşdirmək  mümkündür.  Üstəlik,  əmək haqqını ABB-dən almayan müştərilər də bu sərfəli kredit fürsətindən faydalana bilər.

Müasir dövlət bankı olan ABB-nin universal və  faydalı məhsul və  xidmətləri iləbağlı  ətraflı məlumatı bankın filial və  şöbələrindən,  www.abb-bank.az  internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

 

Açar sözlər: ABB