Çin Tayvanla bəzi məhsulların ticarətini dayandırıb

03.08.2022,10:23


3 avqust, Fineko/abc.az. Çin Baş Gömrük İdarəsi çərşənbə günü bildirib ki, bəzi balıq və meyvə idxalı dayandırılıb.

ABC.AZ xarici medyaya istinafən xəbər verir ki,  Çin, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra iqtisadi sanksiya kimi şərh edilə biləcək bir qərarla adadan sitrus meyvələri və iki növ balıq idxalını dayandırdığını açıqladı.

Qadağa qərarının müvafiq qaydalara və qida təhlükəsizliyi şərtlərinə uyğun olaraq qəbul edildiyi bildirilib və qərar xəbərdarlığında bütün gömrük bölmələrindən idxal bildirişlərinin qəbulunun dayandırılması tələb edilib.