Apple-ın çip istehsalçısından "müharibə" xəbərdarlığı

16:36 - 3.08.2022


3 avqust, Fineko/abc.az. Dünyanın aparıcı çip istehsalçılarından biri olan TSMC-nin baş direktoru Mark Liu ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfərindən sonra Tayvan-ABŞ və Çin gərginliyində hər kəsin uduzacağı ilə bağlı xəbərdarlıq edib.

ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki, Apple və Qualcomm da daxil olmaqla Amerika şirkətləri üçün prosessorlar istehsal edən Tayvan TSMC-nin baş direktoru Mark Liu CNN-ə müsahibəsində deyib ki, əgər Çin Tayvanı işğal edərsə, çip fabriki işləyə bilməyəcək, çünki o, qlobal tədarük zəncirinə bağlıdır.

Tayvanın işğalının Çin, Tayvan və Qərb ölkələri üçün iqtisadi qarışıqlığa səbəb olacağını ifadə edən Liu, siyasi liderləri müharibədən qaçmağa çağırıb.

Qeyd edki ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri Çin və Tayvan arasında gərginliyi artırıb.

 

Bütün xəbərlər