G-20 ölkələrində inflyasiya nə qədərdir? - Siyahı

17:20 - 3.08.2022


3 avqust, Fineko/abc.az. Türkiyədə inflyasiya son 24 ilin ən yüksək səviyyəsinə çatıb və G-20 ölkələri liqasında ən yüksək inflyasiyaya malik ölkə adını qoruyub.

ABC.AZ xarici medyaya istinadən G-20 daxil olan ölkələrdə ən son inflyasiya dərəcələri siyahısını hazırlayıb: Səudiyyə Ərəbistanı: 2,3%, Yaponiya: 2,4%, Çin: 2,5%, İndoneziya: 4,9%, Avstraliya: 6,1%, Fransa: 6,1%, Cənubi Koreya: 6,3%, Hindistan: 7%, Cənubi Afrika: 7,4%, Almaniya: 7,5%, İtaliya: 7,9%, Meksika: 8%, Kanada: 8,1%, Avrozona: 8,9%, ABŞ: 9,1%, Böyük Britaniya: 9,4%, Braziliya: 11,9%, Rusiya: 15,9%, Argentina: 58,8%, Türkiyə: 79,6%.

Siyahıdan da göründüyü kimi G-20 ölkələrində ən aşağı inflyasiya Səudiyyə Ərəbistanı, ən yüksək isə Türkiyədə qeydə alınıb.

Bütün xəbərlər