Laçın dəhlizinin elektrik təchizatı işləri üçün tender keçirilir

04.08.2022,12:19


4 avqust, Fineko/abc.az. "Azərişıq" ASC Laçın rayonu ərazisində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq "Güləbird" stansiyasından Minkənd yaşayış məntəqəsinə çəkiləcək 35 kV-luq ÖİN xəttinin Laçın yoluna(dəhliz) düşən hissəsinin elektrik təchizatı işləri üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 1500 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 01.09.2022 12:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Namik Heybətov , [email protected]