ABŞ Senatı İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib

12:29 - 4.08.2022


4 avqust, Fineko/abc.az. İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ABŞ Senatında böyük səs çoxluğu ilə qəbul edildi. İki ölkənin NATO-ya üzvlüyü Fransa parlamenti tərəfindən də təsdiqlənib.

ABC.AZ xarici mətbuata istinadla xəbər verir ki, İsveç və Finlandiya bütün NATO üzvləri öz assambleyalarında bunu təsdiqləsələr, NATO-ya qoşulacaqlar.

 İyun ayında Madrid sammitindən əvvəl iki ölkənin üzvlüyünə qarşı çıxan Türkiyə də daxil olmaqla yeddi ölkə İsveç və Finlandiyanın NATO üzvlüyünü hələ də təsdiq etməyib.

Ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalına müsahibəsində iki ölkə Türkiyənin terrora qarşı tələblərini yerinə yetirməsə, parlamentin NATO-ya üzvlüyünü təsdiq etməyəcəyini bildirib. “Onlar Finlandiyada nümayiş keçirirlər. İsveç konkret addımlar atmaqdan uzaq görünür. Terror təşkilatının genişlənməsinin, o cümlədən terror təbliğatının ölkəmizə qarşı fəaliyyətinə mane olmadıqca, bizdən müsbət yanaşma gözləməməlidirlər”. dedi.

Bütün xəbərlər