Səngəçal terminalınndan ixrac olunan neftin və qazın həcmi açıqlanıb

14:57 - 4.08.2022


4 avqust, Fineko/abc.az. Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

ABC.AZ BP şirkətinin  hesabatına əsasən xəbər verir ki, ilk altı ay ərzində terminal təxminən 114 milyon barel neft və kondensat, o cümlədən 107 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 7 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir. 

İlin ilk altı ayı ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 69 milyon standart kubmetr (təxminən 2 milyard 440 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.

Bütün xəbərlər