İki sığorta şirkəti ləğv olundu

11:37 - 5.08.2022


5 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində "İnam Sığorta Agentliyi" və "Risk Sığorta Agentliyi" MMC-lər ləğv olunduğunu elan edilib.

ABC.AZ xəbər verir ki, məlumatda  kreditorlar tələblərini 2 ay ərzində müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, ev 57 və Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, ev 8, mənzil 3 ünvanlarına bildirmələri qeyd edilir.

Qeyd edək ki, hər iki sığorta agentliyi 2019-cu ildə 10 manat nizamnamə kapitalı ilə yaradılıb.

Bütün xəbərlər