05.08.2022,15:27
5 avqust, Fineko/abc.az. Azərbaycanda 2022-ci ilin ilk yarım ilinin nəticələrinə görə, biznes kreditlərini artırıb banklar məlum olub.
Bu barədə ABC.AZ fed-ə istinadla xəbər verir ki, 2-ci rübün (və ilk yarım illiyin) nəticələrinə görə, biznes kreditlərin həcmi artaraq milyon manata çatıb.
Hesablamalara görə, bu dövrdə biznes kreditlərinin ən sürətli artımı (faiz ifadəsində) «Yapı Kredi Bank Azərbaycan» və «Yelo Bank»da qeydə alınıb. Bu bankların biznes kredit portfeli müvafiq olaraq 36% və 28%, məbləğ ifadəsində isə 42,6 milyon manat və 72,4 milyon manat artıb.
Faiz ifadəsinə görə, biznes kreditlərini ən çox artıran növbəti banklar - «Kapitalbank» və «Ziraat Bank»dır.
2022-ci ilin ilk yarım illiyində «Ziraat Bank»ın biznes kreitləri portfeli 56 milyon manat və ya 24,8% artıb. «Kapitalbank»ın biznes kreditləri isə 203 milyon manat və ya 21,1% artıb.
Biznes kreditlərini məbləğ ifadəsində ən çox artıran banklardan biri Azərbaycan Beynəlxalq Bankı - ABB-dir. ABB 2022-ci ilin ilk yarısında biznes kreditlərini 186 milyon manata yaxın və ya 11,7% artırıb.
Biznesin maliyyələşdirilməsində aktiv banklardan olan «Bank Respublika» ilk yarım ildə biznes kreditlərini 72,4 milyon manat və ya 14% artırıb.
«Rabitabank»da biznes kreditləri 49,2 milyon manat, «AccessBankda» - 44,7 milyon manat artıb.
2021-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssiələrdən alınan dividendlər üzrə 168 milyon 50 min manat məbləğində proqnoz 127 milyon 24,2 min manat və ya 24,4% az olmaqla icra edilib.
17.08.2022,17:25
17 Avgust 2022 | 17:46
17 Avgust 2022 | 17:25
17 Avgust 2022 | 17:15
17 Avgust 2022 | 17:06
17 Avgust 2022 | 16:47
17 Avgust 2022 | 16:33
17 Avgust 2022 | 16:22
17 Avgust 2022 | 15:51
17 Avgust 2022 | 15:38
17 Avgust 2022 | 15:23
17 Avgust 2022 | 15:09
17 Avgust 2022 | 15:00
17 Avgust 2022 | 14:39
17 Avgust 2022 | 14:35
17 Avgust 2022 | 14:25
17 Avgust 2022 | 15:00
17 Avgust 2022 | 14:25
17 Avgust 2022 | 16:47
17 Avgust 2022 | 17:25
17 Avgust 2022 | 17:46
17 Avgust 2022 | 15:09
17 Avgust 2022 | 16:33
17 Avgust 2022 | 12:03
17 Avgust 2022 | 14:39
17 Avgust 2022 | 15:51