SOCAR Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsini açıb

15:49 - 5.08.2022


5 avqust, Fineko/abc.az. Rumıniyanın Sibiu şəhərində George Dima 44 küçəsində yeni SOCAR yanacaqdoldurma məntəqəsi (YDM) açılıb.

ABC.AZ xəbər verir ki, bununla da SOCAR-ın Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayı 68-ə çatıb.

Bu, SOCAR-ın Sibiu rayonunda 5-ci yanacaqdoldurma məntəqəsidir. Yeni stansiyada 2 nasosla təchiz olunmuş “Nano” brendi ilə 4 növ – “Nano 95”, “Nano Diesel”, “Nano 98”, “Nano Super Diesel” yanacaq satışı həyata keçirilir.

Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsilə həyata keçirir.

Bütün xəbərlər