Çin avtomobilləri ilk dəfə Rusiya bazarının lideri oldular

16:06 - 5.08.2022


5 avqust, Fineko/abc.az.  İlk dəfə olaraq Çin avtomobilləri satışların sayına və maliyyə imkanlarına görə Rusiya bazarının lideri oldular.

ABC.AZ rus mediyasına istinadla xəbər verir ki, iyun ayının nəticələrinə görə, avtomobillərin alınmasına xərclənən bütün vəsaitin 39%-i Çindən gələn avtomobillərin payına düşüb.

Belə ki, ilk yay ayında Çin istehsalçılarının yeni avtomobilləri 9,4 min ədəd satılıb və onlara 28 milyard rubl xərclənib. Beləliklə, “çinlilər” təkcə satışda deyil, həm də avtomobil bazarının maliyyə imkanlarında lider olublar. Onların payı may ayında 13%-dən iyunda 39%-ə qədər üç dəfə artıb.

İkinci yerdə keçmiş liderlər, Koreya brendləri olub: 6,5 min avtomobil 16,8 milyard rubla satılıb. Onların bazar payı 24% təşkil edib.

Üçüncü yerdə - Avropa şirkətlərinin avtomobilləri. İyun ayında Rusiyada 4,1 min belə avtomobil satılıb, ümumi məbləği 11,4 milyard rubl, maliyyə bazarının payı isə 16% təşkil edib.

Bütün xəbərlər