ARDNF “Şahdəniz”dən əldə etdiyi gəlirlərini artırıb

16:59 - 5.08.2022


5 avqust, Fineko/abc.az. Cari  ilin altı  aylında Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 5 683 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 95,7% çoxdur.

ARDNF-dən verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 2 903,2 mln. dollar səviyyəsində idi.

O cümlədən bu ilin yeddi ayında Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 252,725 mln. dollar təşkil edib ki, bu da ötən ilin göstəricisini 4,4 dəfə üstələyir.

Bütün xəbərlər