Soçidə Putin-Ərdoğan görüşü başlayıb

05.08.2022,17:12


5 avqust, Fineko/abc.az. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə bir günlük işgüzar səfəri çərçivəsində Rusiya prezidenti Putinlə görüşüb.

ABC.AZ  türk mediyasına istinadla xəbər verir ki, Ərdoğan  Putinlə ikitərəfli görüşü Türkiyə və Rusiyanın bölgədə oynadığı rolun üzə çıxarılması baxımından çox əhəmiyyətli olduğunu bildirib.

Ərdoğan Putinlə enerji, turizm, nəqliyyat və taxıl dəhlizi məsələlərini müzakirə edəcəklərini bildirib.

Rusiya prezidenti Putin isə "Ərdoğanla başda Suriya böhranı olmaqla regional məsələləri də müzakirə edəcəyik. Türkiyə burada vəziyyətin normallaşmasına ciddi töhfə verir. BMT və Türkiyə sayəsində taxıl daşınması təmin edilməyə başladı. Avropadakı istehlakçılar Türkiyəyə minnətdar olmalıdırlar”. – deyə bildirib.