Mərkəzi Bank 13 sığorta agentinin lisenziyasını bərpa edib

05.08.2022,17:23


5 avqust, Fineko/abc.az. Mərkəzi Bank daha 13 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini bərpa edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bununla bağlı qərar bu gün, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta agentlərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.