SİMA – nın növbəti tərəfdaşı “Kredit Evi” oldu

08.08.2022,10:27


8 avqust, Fineko/abc.az. “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın növbəti tərəfdaşı “Kredit Evi” QSC  oldu.

ABC.AZ xəbər verir ki, bundan sonra “Kredit Evi” QSC-nin müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq “Lombard Krediti” məhsulundan faydalana bilərlər.

Belə ki, qızıl girovu olan müştərilər yenidən kredit əldə etmək üçün “Kredit Evi” QSC-nin mobil tətbiqi üzərindən müraciət edib və müsbət cavab aldıqdan sonra sənədlərin imzalanmasını SİMA vasitəsilə məsafədən həyata keçirə bilərlər.

“Kredit Evi” QSC ilə bağlı daha ətraflı məlumat almaq istəyən vətəndaşlar *2200 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.