"Bakı Fond Birjası"nın yarım illik dövriyyəsi açıqlanıb

10:34 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Cari ilin altı ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 8 milyard 230,6 milyon manat təşkil edib.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 % azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 21 % azalaraq 5 094 olub.

BFB-nin dövriyyəsinin 55,3 %-i, yaxud 4 milyard 548,796 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 17,7 % azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 2,7 dəfə artaraq 576,559 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 16,7 % azalaraq 3 milyard 105,270 milyon manat olub.

 

Bütün xəbərlər