Azərbaycandan Çinə neft koksu ixrac olunub

11:26 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Azərbaycandan Çinə Orta dəhlizlə yaşıl neft koksu ixrac olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-dan ABC.AZ-a bildirilib ki, “ADY Konteyner” şirkəti ilə “Azəralüminium” MMC-nin birgə əməkdaşlığı çərçivəsində növbəti yükdaşıma əməliyyatı həyata keçirilib. Bu dəfə Azərbaycandan Çinə konteynerlərlə yaşıl neft koksu ixrac edilib.

Gəncə-Pingyuan marşrutu üzrə hərəkət edən blok qatarda yüklər hər biri 40 futluq olmaqla 50 konteynerdə daşınır.

Qeyd edək ki  layihə “ADY Konteyner” və “Azəralüminium” şirkətləri arasında imzalanmış birgə yükdaşımalar haqqında anlaşma memoranduma uyğun olaraq həyata keçirilir.

Bütün xəbərlər