Monteneqrodakı Erstebank rusların ödəniş kartlarını kütləvi şəkildə bloklamağa başladı

11:58 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Avqustun 4-dən etibarən Avstriyanın Erstebank bankının Monteneqrodakı törəmə şirkəti Rusiya vətəndaşlığı olan müştərilər üçün ödəniş kartlarını kütləvi şəkildə bloklamağa başlayıb.

ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki,  Monteneqroda yaşayış icazəsi olan həm turistlər, həm də müştərilər bu problemlərlə üzləşirlər.

Eyni zamanda Avropa İttifaqında həm viza ilə olan, həm də yaşayış icazəsi olan ruslar da yerli banklarda xidmət göstərərkən çətinliklə üzləşiblər.

Bütün xəbərlər