AMB-də yeni iki departament və bir şöbə yaradılıb

15:37 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Monitorinqi Bölməsinin bazasında Maliyyə Monitorinqi Departamenti, əlavə olaraq Strateji və Layihə İdarəetməsi departamenti və Rezolyusiya şöbəsi yaradılıb. 

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, Korporativ İdarəetmə Departamentinə rəhbərlik edən Arif Şirəliyev vəzifəsindən azad edilərək Strateji və Layihə İdarəetməsi departamentinin rəhbəri təyin olunub.

Bütün xəbərlər