Füzulidə 6 yaşayış binasının tikintisinə 14 milyon manatdan çox xərclənəcək

15:42 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Füzuli şəhərində 8.9 ha torpaq sahəsində 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ABC.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “El-Seym İnşaat” QSC və “SNT İnşaat Şirkəti” konsorsiumudur.

Qalib konsorsiuma 14.436 mln. manat ödəniləcək.

 

Bütün xəbərlər