Pensiyaların veriləcəyi tarix açıqlandı

15:50 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödəniləcəyi tarix açıqlanıb.

ABC.AZ Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Bütün xəbərlər