Cari ildə Azərbaycandan xaricə qaz satışı 24% artıb

17:24 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycandan xaricə qaz satışı 12,9 milyard kubmetr olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 % çoxdur.

Bu barədə ABC.AZ Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir.

Bildirilir ki, yeddi ay ərzində Türkiyəyə 4,8 milyard kubmetr, Gürcüstana 1,6 milyard kubmetr, Avropaya isə 6,5 milyard kubmetr qaz satılıb.

Bütün xəbərlər