Azərbaycanın bir sıra dövlət qurumlarına və banklarına kiberhücumlar olub

10:05 - 9.08.2022


9 avqust, Fineko/abc.az. Avqustun 8-də Azərbaycanın bir sıra dövlət qurumlarına və banklarına qarşı genişmiqyaslı kiberhücumlar olub.

ABC.AZ xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Qeyd edək ki, ki, ötən həftə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) Azərbaycanın elektron informasiya ehtiyatlarına qarşı genişmiqyaslı kiberhücumların gözlənildiyi barədə xəbərdarlıq yaymışdı.

Bütün xəbərlər