Cari ildə SOCAR üzrə neft hasilatının həcmi açıqlanıb

10:18 - 9.08.2022


9 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul ayları ərzində ölkədə 19,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə ABC.AZ Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir.

Neft hasilatının 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.

Bütün xəbərlər