Öhdəlikləri 2 mlrd. manatdan çox olan banklar – Siyahı

11:19 - 9.08.2022


9 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə öhdəlikləri 2 milyard manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla  xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (10 523,437 milyon manat), “Kapital Bank” (6 978,456 milyon manat), “PAŞA Bank” (6 839,946 milyon manat) və “Xalq Bank” (2 076,111 milyon manat) ASC-lərdir.

Qalan 22 bankdan 2-də öhdəliklər 1 milyard manatdan 2 milyard manata qədər, 18 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 2 isə 100 milyon manatdan azdır. 

Bütün xəbərlər