İlham Əliyev və Mehriban Əliyeva Konyada azərbaycanlı idmançılarla görüşüb

14:05 - 9.08.2022


9 avqust, Fineko/abc.az. Bugün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gəliblər.

ABC.AZ xəbər verir ki, səfər zamanı Prezident və birinci xanım Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər.

 

Bütün xəbərlər