Çində elektrikli avtomobillərin rekord satışı gözlənilir

09.08.2022,15:10


9 avqust, Fineko/abc.az. Ən böyük elektrikli avtomobil bazarı olan Çində satışların artan tələblə bu il yeni rekordlar qıracağı gözlənilir

ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki, Çin Sərnişin Avtomobilləri Assosiasiyası 2022-ci il üçün elektrikli avtomobil satış proqnozunu 5,5 milyondan 6 milyona qədər yenidən nəzərdən keçirib.

Məlumata görə, elektrikli nəqliyyat vasitələrinin satışı iyul ayında iki dəfə artaraq 486 minə çatıb və yeni avtomobil bazarının 26,7 faizini təşkil edib. Ümumi satışlar isə illik müqayisədə 20 faiz artaraq 1,84 milyona çatıb.

Qeyd olunur ki, ötən il elektrikli avtomobil satışı 2,99 milyon olub.