Neft ucuzlaşır, Brent barrel başına $96,03 təşkil edir

09:30 - 10.08.2022


10 avqust, Fineko/abc.az. Neftin etalon markalarının neft qiymətləri çərşənbə günü ticarətdə azalır.

London ICE Futures birjasında saat 09:16-da Brent neftinin oktyabr fyuçersləri $0,28 (0,29%) - barrel başına $96,03-ə qədər ucuzlaşıb. 9 avqust ticarətinin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $0,34 (0,35%) - barrel başına $96,31-ə düşdü.

Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində saat 09:16-da WTI neftinin sentyabr fyuçersləri $0,33 (0,36%) - barrel başına $90,17-ə düşdü. 9 avqust ticarətinin nəticələrinə görə, WTI neftinin sentyabr fyuçersləri $0,26 (0,29%) - barrel başına $90,50-a düşdü.


Bütün xəbərlər