Pərakəndə ticarət dövriyyəsi 3% artıb

11:05 - 10.08.2022


10 avqust, Fineko/abc.az. 2022-ci ilin yeddi ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,7 milyard manatlıq, o cümlədən 15 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.

Qeyd olunur ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3%, qeyri-ərzaq malları üzrə 3,7% artıb.

Bütün xəbərlər