Qeyri-dövlət sektorunun satılmış mallarının dəyəri açıqlanıb

10.08.2022,11:20


10 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,4 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.

Yanvar-iyul aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,8 faiz, fərdi sahibkarlar üzrə 0,5 faiz, bazar və yarmarkalarda isə 6,9 faiz artıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 379,8 manatlıq, o cümlədən 213,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 166,3 manatlıq qeyri-ərzaq malları alıb.