Xarici investisiyaların təşviqi ilə bağlı strategiya hazırlanır

14:23 - 10.08.2022


10 avqust, Fineko/abc.az. Ölkəmizə birbaşa xarici investisiyaların təşviqi ilə bağlı strategiya hazırlanır.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.

“Sənədin bu il qəbul edilməsini gözləyirik. Strategiyada investisiya yatırılması gözlənilən sahələr müəyyən edilib. Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları və sənaye parkları bizə imkan yaradır ki, xarici investorları ölkəyə cəlb edək. Biz investorlara yaxşı şərait təklif edirik”, - deyə Y.Abdullayev diqqətə çatdırıb.

Bütün xəbərlər